“Təhsil kreditləri haqqında” qanun layihəsi hazırlanır

tehsil-kreditleri-haqqinda-qanun-layihesi-hazirlanir
Oxunma sayı: 890

“Biz ödənişli təhsil alan tələbələrin təhsil haqqının ödənilməsi ilə bağlı xüsusi qanun layihəsinin hazırlanmasını zəruri hesab edirik. Ona görə də “Təhsil kreditləri haqqında” qanun layihəsi hazırlanması istiqamətində komitədə iş aparılır”

“Qafqazinfo” xəbər verir ki, bunu  Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli komitə iclasında çıxışı zamanı bildirib. 

Komitə sədri bildirib ki, artıq bununla bağlı Təhsil Nazirliyi müvafiq qurumlarla söhbət aparır: “Nazirlik bu istiqamətdə təkliflərini hazırlayaraq Nazirlər Kabinetinə də təqdim edib. Bunu biz bu günün ən zəruri sənədi hesab edirik. Tələbə Maarifçi Təhsil Kredit Fondu ən çox yardıma, köməyə ehtiyacı olan tələbələrə köməklik göstərib. Ancaq bu maliyyə imkanları ilə ödənişli təhsil alan tələbələrin ödənişini ödəmək mümkün deyil.Ona görə də yeni qanunun hazırlanması zəruridir”.

 Günel Türksoy