“Təhsil kuboku" keçiriləcək”

tehsil-kubokuquot-kecirilecek
Oxunma sayı: 1085



"Qafqazinfo" edu.gov.az saytına istinadən xəbər verir ki, yarışın keçirilməsində məqsəd “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”ndan irəli gələn vəzifələri həyata keçirmək, tələbə futbolçuların ustalıq səviyyələrini yüksəltmək, tələbələr arasında sağlam həyat tərzini təbliğ etməkdən ibarətdir.

Qeyd edək ki, Azərbaycanda futbol sahəsində həyata keçirilən dövlət siyasəti və futbol infrastrukturunun müasir tələblər səviyyəsinə yüksəldilməsi gənclərin futbola olan marağını artırır. Bu baxımdan Təhsil Nazirliyi uşaq, yeniyetmə və gənclərin futbola daha çox cəlb olunması, futbolla bağlı məlumat-maarifçilik və təbliğat işinin gücləndirilməsi məsələlərinə xüsusi əhəmiyyət verir.

"Təhsil kuboku"na cəlb olunan  ali məktəblərin qalib komandaları  və fərqlənən oyunçuları Təhsil Nazirliyinin  qiymətli hədiyyələri ilə mükafatlandırılacaqlar.