Təhsil naziri əmr imzaladı

tehsil-naziri-emr-imzaladi
Oxunma sayı: 24132

Təhsil naziri Ceyhun Bayramov Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının yaradılması haqqında əmr imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı qurumun mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov yayıb. Bildirib ki, əmrdə dövlət ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin sertifikatlaşdırılmasının təşkili məqsədilə Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının yaradılması qeyd olunur.

Şuranın sədri Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, üzvləri isə Aparat rəhbərinin müavini Fərzəli Qədirov, nazir müşaviri Elnur Məmmədov, İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov, Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu, Təhsil İstitutunun Təhsil işçilərinin sertifikatlaşdırılması mərkəzinin direktoru vəzifəsini müvəqqəti icra edən Murad Camalzadə və Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov təyin olunub.

Qeyd edək ki, Təhsilverənlərin sertifikatlaşdırılması bu ilin payız aylarından başlayaraq növbəti ildə də davam edəcək.