Təhsil naziri “TEKNOFEST”də qalib gələn şagird və tələbələrdən yazdı

tehsil-naziri-teknofestde-qalib-gelen-sagird-ve-telebelerden-yazdi
Oxunma sayı: 2560

“TEKNOFEST”də qalib gələn bütün şagird və tələbələrimizi təbrik edirəm. Bu nüfuzlu müsabiqənin qalibi olmaq, dövlət başçıları tərəfindən mükafatlandırılmaq gənclərimizi gələcəkdə daha da böyük uğurlara imza atmaları üçün onları və minlərlə digərlərini həvəsləndirəcək”.

“Qafqazinfo” xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev tviter hesabında yazıb.

“Qaliblər arasında Peşə Təhsili Mərkəzinin (Baku Stark komandası) tələbələrinin də olması məni çox sevindirdi. Bu qələbə peşə təhsilinin də uğura aparan yol olduğunu sübut edir.

Peşə təhsili sahəsində son illərdə görülən işlərin ilk bəhrələrini görmək çox qürurverici oldu”, - nazir qeyd edib.