Təhsil naziri Türkiyə səfiri ilə görüşdü - Fotolar

tehsil-naziri-turkiye-sefiri-ile-gorusdu
Oxunma sayı: 2384

Avqustun 12-də Təhsil naziri Emin Əmrullayev Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, görüşdə Azərbaycan və Türkiyə arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.