Təhsil nazirinin eks-müavini vəfat etdi

tehsil-nazirinin-eks-muavini-vefat-etdi
Oxunma sayı: 2494


“Qafqazinfo”nun məlumatına görə, Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev APA-ya açıqlamasında bildirib ki, Abdulla Mehrabov uzun sürən xəstəlikdən sonra vəfat edib. Mərhum bu gün dəfn olunacaq.

Qeyd edək ki, Abdulla Mehrabovun rəhbərliyi altında 12 elmlər doktoru, 29 elmlər namizədi hazırlanıb. Professor A.Mehrabov dünyanın aparıcı elmi jurnallarında, respublika məcmuələrində çap olunmuş 400-dən çox elmi məqalənin, 41 elmi-metodik vəsaitin, 9 dərslik və dərs vəsaitinin, 8 monoqrafiyanın və 14 ixtiranın müəllifidir. A.Mehrabov 1990-cı ildən 1992-ci ilin sonunadək təhsili nazirinin müavini vəzifəsində işləyib, 2001-2013-cü illərdə Təhsil Problemləri İnstitutuna rəhbərlik edib. Professor A. Mehrabov 2004-cü ildə Rusiya Təhsil Akademiyasının akademiki seçilib, 2006-cı ildə respublikanın "Əməkdar müəllim"i fəxri adına layiq görülüb.