Təhsil Nazirliyi ağacəkmə aksiyası keçirdi

tehsil-nazirliyi-agacekme-aksiyasi-kecirdi
Oxunma sayı: 1310

Bu gün Təhsil Nazirliyi Abşeron rayonunun Pirəkəşkül qəsəbəsi ərazisində ağacəkmə aksiyası keçirib.

"Qafqazinfo" xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə keçirilən aksiya çərçivəsində Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi tərəfindən qeyd olunan ərazidə minədək badam ağacı əkilib.

Ağacəkmə aksiyasına “Bir” tələbə-könüllülər də qatılıb.

Qeyd edək ki, əkilən badam tingləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tinglik müəssisələrində yerləşdirilib