"Qafqazinfo" xəbər verir ki, Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov modern.az saytına açıqlamasında bununla bağlı araşdırma apardıqlarını bildirib: “Bu barədə hələ bir söz deyə bilmərəm. Araşdırma aparırıq”.
Qeyd edək ki, bu ilin aprel ayında yoxa çıxmış azərbaycanlı gənclər Yıldırım Beyazit Universitetinin tələbəsi Sənan Güləhmədov, Ankara Unversitetində oxuyan Mobil adlı şəxs və Turqut Özal Universitetinin tələbəsi Məmmədhüseyn olduğu bildirilib.
Bu il iyunun 6-da YouTube sosial şəbəkəsində “Azeri gençler PKK saflarında 1” adı altında özünü azərbaycanlı tələbələr kimi təqdim edən 3 şəxslə videomüsahibə yayılıb. Onlar PKK-ya xas olan geyimdədir, çiyinlərində “Kalaşnikov” avtomatı var. Videomüsahibədə gənclər Azərbaycandan oduqlarını, Türkiyə universitetlərində təhsil aldıqlarını və PKK-ya qoşulduqlarını təsdiq edir. Onlar özlərini İldırım Bayazit Universitetinin tələbəsi Fərəməz Azəri, Turqut Ozal Universaitetinin tələbəsi Babək Hakır, Balikesir Universitetinin tələbəsi Azad Mirkan kimi təqdim edir. Ehtimal etmək olar ki, hər üç şəxs ad və soyadını yanlış təqdim edib və ya özlərinə kod adı (şərti ad) seçiblər.
Son xəbərlər
Son Xəbərlər