Təhsil Nazirliyi “Evdə Qal, Evdə Yarat” təşəbbüsünə qoşulur

tehsil-nazirliyi-evde-qal-evde-yarat-tesebbusune-qosulur
Oxunma sayı: 4381

Təhsil Nazirliyi yaradıcı bacarığı və xüsusi istedadı olan müəllim, şagird və tələbələri Mədəniyyət Nazirliyinin və “Kreativ Azərbaycan” portalının elan etdiyi “Evdə Qal, Evdə Yarat” aksiyasına qoşulmağa dəvət edir.

“Qafqazinfo” xəbər verir ki, artıq 2 mindən çox insan sosial şəbəkələr vasitəsilə “Evdə Qal, Evdə Yarat” təşəbbüsünə qoşulub.

Təşəbbüs çərçivəsində insanlar evdə olduğu müddətdə hazırladıqları kreativ məhsulu (rəsm əsəri, video, şeir, musiqi və s.) sosial şəbəkədə #EvdəQalEvdəYarat həştəqini yazmaqla, “Kreativ Azərbaycan” portalının feysbuk səhifəsini  işarələməklə paylaşmalıdır. 

Qeyd edək ki, təşəbbüs çərçivəsində ən çox bəyənilən paylaşımlar dəyərli hədiyyələr qazanacaq.

Evdə qalıb evdə yaradaraq virusa birlikdə qalib gələk!
 
“Evdə Qal, Evdə Yarat” təşəbbüsü ilə bağlı ətraflı məlumat üçün: https://creative.az/az/post/109