Təhsil Nazirliyi işğaldan azad olunan kəndlərlə bağlı statistika yayımladı

tehsil-nazirliyi-isgaldan-azad-olunan-kendlerle-bagli-statistika-yayimladi
Oxunma sayı: 6560

Təhsil Nazirliyi düşmən işğalından azad olunmuş kəndlərimizdə yerləşən məktəblərlə bağlı statistik məlumat yayıb.

Nazirlikdən “Qafqazinfo”ya verilən məlumata görə, işğal olunana qədər Füzuli rayonunda 86 təhsil müəssisəsi fəaliyyət göstərib. 

Məktəblərdə təhsil alan şagirdlərin ümumi sayı 21 min, müəllimlərin sayı isə 1900 nəfər olub. Hazırda rayon üzrə 79 təhsil müəssisəsi fəaliyyət göstərir. Müəllimlərin ümumi sayı 2259, şagirdlərin sayı isə 1342 nəfərdir.

Cəbrayıl rayonu işğal olunanadək isə rayonunda 72 təhsil müəssisəsi fəaliyyət göstərib. Məktəblərdə təhsil alan şagirdlərin ümumi sayı 14 min 500, müəllimlərin sayı isə 1640 nəfər olub. Hazırda rayon üzrə 41 təhsil müəssisəsi fəaliyyət göstərir. Müəllimlərin ümumi sayı 1275, şagirdlərin sayı isə 9047 nəfərdir. 

Gülnar Əliyeva