"Qafqazinfo" xəbər verir ki, mərasimdə təhsil nazirinin müavini Ceyhun Bayramov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Şaiq Əsgərov, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli və media qurumlarının rəhbərləri iştirak edib.
Təhsil Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə keçirdiyi müsabiqəyə KİV nümayəndələri tərəfindən 46 yazı təqdim edilib. Yazılar təhsil sektorunu əhatə edən 5 istiqamət üzrə hazırlanıb. Ümumilikdə, 25 nəfər olmaqla hər istiqamət üzrə qaliblər və həvəsləndirici yerlərin sahibləri müəyyənləşdirilib.
Qeyd edək ki, müsabiqədə iştirak edən "Qafqazinfo"nun redaktoru Günel Əbilova 3-cü yerə layiq görülüb.
Mərasimdə qaliblərə diplom və mükafatlar təqdim olunub.
Son xəbərlər
Son Xəbərlər