“Qafqazinfo” xəbər verir ki, mərasimdə təhsil naziri Mikayıl Cabbarov və qonaqlar iştirak edib.
Tədbirdə öncə Təhsil Nazirliyinin saytı təqdim olunub. Qeyd edilib ki, müasir tələblərə cavab verən sayt məzmun, dizayn, istifadəçi rahatlığı, texniki imkanlar və interaktivlik baxımından əsaslı şəkildə yenilənib. Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən saytda dövlətin təhsil siyasətinə uyğun olaraq, təhsil sahəsinin müxtəlif istiqamətləri üzrə görülən işləri əks etdirən dolğun məlumatlar yerləşdirilib.
Tədbir iştirakçılarını salamlayan təhsil naziri Mikayıl Cabbarov bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin 2 iyun 2015-ci il tarixli “Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamına uyğun olaraq, Azərbaycan milli mətbuatının 140 illik yubileyi respublikamızda geniş şəkildə qeyd edilməkdədir. Nazir 22 İyul – Milli Mətbuat Günü münasibətilə KİV nümayəndələrini təbrik edib və təhsil mövzusunda ictimaiyyətin məlumatlandırılmasında fəal iştirak etdiklərinə görə onlara təşəkkürünü bildirib.
Sonra müsabiqədə qalib gəlmiş jurnalistlərə “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı” və qiymətli hədiyyələr təqdim edilib, onlara yeni-yeni yaradıcılıq uğurları arzulanıb.
Son xəbərlər
Son Xəbərlər