Təhsil Nazirliyindən bağçada azyaşlıya qarşı şiddətlə bağlı - Açıqlama

tehsil-nazirliyinden-bagcada-azyasliya-qarsi-siddetle-bagli
Oxunma sayı: 4679

Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə uşaq bağçalarının birində körpəyə qarşı şiddət göstərilməsini əks etdirən görüntülər yayılıb.

“Qafqazinfo” xəbər verir ki, məsələyə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr üzrə sektor müdiri Cəsarət Valehov sosial şəbəkə hesabında münasibət bildirib.

“Sosial şəbəkələrdə uşaq bağçalarından birində azyaşlıya qarşı şiddətin göstərilməsi ilə bağlı görüntü Təhsil Nazirliyi tərəfindən ciddi şəkildə araşdırılır və nəticəsinə dair ictimaiyyətə qısa zamanda məlumat veriləcək”, - nazirlik rəsmisi bildirib.

Qeyd edək ki, uşaq bağçaları daha əvvəl icra hakimiyyətlərinin balansında olsa da, 2021-ci il dekabrın 20-də Prezidentin sərəncamı ilə Təhsil Nazirliyinin tabeliyinə qaytarılıb.