Topaz Premyer Liqasında (TPL) növbəti mövsümdə komanda sayı artırılmayacaq.
"Qafqazinfo” xəbər verir ki, bu barədə AFFA-nın baş katibi Elxan Məmmədov qurumun İcraiyyə Komitəsinin iclasından sonra təşkil etdiyi brifinqdə bildirib. Belə ki, Məmmədov sabah Lisenziyalaşdırma Qrupunun iclasının olacağını bildirib:
"İcraiyyə Komitəsi ancaq "Sabah" klubunun sənədlərini məqbul sayıb. Lakin bu komandanın Premyer Liqada sonuncu yeri tutan "Kəpəz"i əvəzləyib-əvəzləməyəcəyinə AFFA-nın Lisenziyalaşdırma Qrupu qərar verəcək. Bu isə sabahkı iclasda bəlli olacaq".

Son xəbərlər
Son Xəbərlər