Təhsil şirkətinin rəhbəri hökmdən şikayət verib

tehsil-sirketinin-rehberi-hokmden-sikayet-verib
Oxunma sayı: 1096

“İG Academy” xaricdə təhsil şirkətinin rəhbəri, dələduzluqda təqsirləndirilən Emin Quliyev barəsindəki hökmdən apellyasiya şikayəti verib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, E.Quliyev vətəndaşlardan külli miqdarda pul alaraq, onları xaricdə təhsil alması üçün xidmətlər göstərəcəyini vəd edib. Cinayət işində 6 zərərçəkmiş var. O, 200 min manatdan çox pulu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham edilir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Quliyev 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən verilən apellyasiya şikayəti üzrə ilkin baxış iclası keçirilib. Bakı Apellyasiya Məhkəməsinin hakimi Həsən Əhmədovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Proses yanvarın 29-da davam etdiriləcək.

Xatırladaq ki, E.Quliyev tanınmış riyaziyyatçı alim, Riyaziyyat və Mexanika İnstitutunun elmi işlər üzrə direktor müavini, professor Vaqif Quliyevin oğludur.

Murad Əhməd