“Yerli təhsil şöbələri ləğv edilməyəcək”.
“Qafqazinfo” xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev “Təhsil masası”nda deyib.
O qeyd edib ki, Regional Təhsil İdarələrinin yaradılması yerli təhsil şöbələrinin ləğvi və işçilərin ixtisarı nəzərdə tutulmayıb:
“Təhsil şöbələri Regional Təhsil İdarələrinin nəzdində yerli təhsil struktur bölməsi kimi fəaliyyət göstərəcəklər”.
Eldar Tanrıverdi
Son xəbərlər
Son Xəbərlər