Təhsil Şöbəsindən şagirdin bıçaqlanması xəbərinə - Reaksiya

tehsil-sobesinden-sagirdin-bicaqlanmasi-xeberine
Oxunma sayı: 1735

Qazax Rayon Təhsil Şöbəsi orta məktəbdə baş vermiş bıçaqlanma hadisəsinə münasibət bildirib.

Qurumdan “Qafqazinfo”ya bildirilib ki, hadisə tənəffüs zamanı baş verib. Belə ki, Qazax şəhəri 1 nömrəli tam orta məktəbin IX sinif şagirdi Məhəmməd Qasımov aralarında yaşanan mübahisə zəminində X sinif şagirdi Nihat Əliyevə bıçaqla xəsarət yetirib. Nihat Əliyev dərhal Qazax rayon Diaqnostika Mərkəzinə aparılıb. Yüngül sıyrılmış yaralar alan məktəblinin vəziyyəti yaxşı qiymətləndirilir.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.