“Təhsilimizin ulduzları”na Qafqazda mükafat

tehsilimizin-ulduzlarina-qafqazda-mukafat
Oxunma sayı: 652

“Qafqazinfo”nun məlumatına görə, “Çağ” Öyrətim İşlətmələri Şirkəti (GÖİŞ) və Qafqaz Universitetinin təşkilatçılığı ilə baş tutan tədbirdə müvafiq qurumların nümayəndələri, Milli Məclisin deputatları, alimlər, təhsil işçiləri, şagird və tələbələr iştirak ediblər.

Yığıncağı giriş sözü ilə açan Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç H. Əliyevin təhsilə daim önəm verdiyini vurğulayıb.

Təhsil naziri Misir Mərdanov H. Əliyevin siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən davam etdirildiyini bildirib.

Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun isə müasir dünyada təhsilin mühüm rolu barədə söhbət açıb, ölkələr arasındakı təhsil əlaqələrinin əhəmiyyətindən bəhs edib.

“Çağ” Öyrətim İşlətmələri Şirkəti idarə heyətinin sədri Ənvər Özərən ÇÖİŞ-in təhsil müəssisələrində müvafiq sahənin inkişafı üçün reallaşdırılan tədbirlərdən, qazanılan uğurlardan danışıb. O qeyd edib ki, ÇÖİŞ-in təhsil müəssisələrinin şagirdləri ayrı-ayrı ölkələrdə keçirilən beynəlxalq fənn olimpiadalarında yüksək nəticələr əldə ediblər. 1994-cü ildən indiyədək liseylərin şagirdləri 95 qızıl, 154 gümüş və 225 bürünc olmaqla cəmi 474 medal qazanıblar. Respublika fənn olimpiadalarında isə şagirdlər 211 qızıl, 240 gümüş, 239 bürünc medala sahib olublar. Məzunların 99 faizi hər il dünyanın ən müxtəlif universitetlərinə qəbul olunurlar.

Nigar Məmmədli