Bu gün Gülüstan sarayında 300 nəfər dövlət və özəl sektor nümayəndəsinin iştirakı ilə “Tərəfdaşlıqdan tərəqqiyə” şüarı ilə Təhsilin İnkişafı Forumu öz işinə başlayıb.
“Qafqazinfo” xəbər verir ki, Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Təhsilin İnkişafı Fondunun təşkilatçılığı, “Kapital Bank”, STP Şirkətlər Qrupu, “Bestcomp Group” və “Veysəloğlu” Şirkətlər Qrupunun baş sponsorluğu, SOCAR, bp və “Lenovo”nun sponsorluğu ilə həyata keçirilən Forumun əsas məqsədi dövlət-universitet-sənaye tərəfdaşlığının dayanıqlı və davamlı inkişafı ilə yanaşı, birgə dialoq üçün uyğun platformanın təmin edilməsi və prosesin hərtərəfli dəstəklənməsidir.
Forum çərçivəsində 3 moderator və 21 spiker “Tərəfdaşlıqdan Tərəqqiyə” şüarı ilə "Biliyi dəyərə çevirən sinerji", “Tədqiqatdan inkişafa gedən yol”, “Gələcəyi gənclərə necə hazırlamalı?” panelləri üzrə müxtəlif mövzular haqqında müzakirələr aparacaqlar.