“Qafqazinfo” xəbər verir ki, bunu milli.az-a müsahibəsində müğənni Almaz Ələsgərli deyib. O bildirib ki, həyatı sevir və sevgi dolu qadındır: “İtlərim var, onlar üçün ürəyim gedir. İnanın, onlar nə qədər ağıllıdırlar. İki qızım var, gözəl itlərim var. Niyə tək olmalıyam ki? Qızımın biri burada, biri isə xaricdə yaşayır. Artıq onlar ayaqları üstə dura bilirlər”.
Kök olmasından danışan A. Ələsgərli deyib ki, bunu tez-tez irad tuturlar: “Köklüyümü mənə irad tutsalar da mən heç kimin sözünə baxmamışam. Mənə belə rahatdır. Heç vaxt köklüyümlə bağlı kompleksə düşməmişəm. Mənə deyirlər ki, sən arıqlasan, nə gündə olarsan? Yaraşmaz sənə”.
Son xəbərlər
Son Xəbərlər