Təkamül haqqında 6 vacib - Sual

tekamul-haqqinda-6-vacib
Oxunma sayı: 3590

Təkamül nəzəriyyəsi- biologiyada Yer kürəsinin biosferasının, onu ayrı-ayrı növlərinin tarixi inkişafını təhlil edən ideya və konsepsiyaların cəmidir. 

“Qafqazinfo” elmi mənbələrə əsasən Təkamül nəzəriyyəsi haqqında verilən 6 ən vacib sual və cavabı sizlərə təqdim edir.

1. Alimlər təkamülün olduğuna niyə bu qədər əmindir?

Bunu demək üçün bir neçə ciddi səbəb var. İnsanın genetik quruluşu şimpanze və bonoboların genetik quruluşu ilə təxminən 99% eynilik təşkil edir. Bu eynilik bizə ortaq bir əcdaddan gəldiyimizi demək üçün çox ciddi əsas verir. İnsanın əcdadının ilk əvvəl böyük meymunlardan, şimpanze və bonobolardan, daha sonra isə bir azda inkişaf edərək müasir insana bənzəyən varlıqlar olduğunu demək üçün bu günə qədər minlərlə fosil – təkamül qalıqları tapılıb. Bioloqlar digər bəzi növlərin həm laboratoriyada, həm də təbii mühitdə təkamül keçirməsinin birbaşa şahidi olublar. Antibiotikə müqavimət göstərə bilən mikroblar da təkamülün bir növüdür. Heyvan istehsalçıları da təkamülə durmadan müdaxilə edirlər: İtlərin nəslinin canavarlardan gəlməsi və bir-birindən çox fərqli it növlərinin mövcud olması buna misal ola bilər.

2. Bəs təkamül mexanizmi necə davam edir?

Demək olar ki, dünyadakı bütün orqanizmlərin əsasını təşkil edən DNA nüvəsi bir təsadüf nəticəsində mutasiyaya məruz qalır. Bu mutasiya arabir bəzi heyvanlarda kürk rənginin dəyişməsi və ya müəyyən bir hərəkətin fərqli davranışla əvəz olunmasında özünü biruzə verir. Heyvan istehsalçıları isə öz istəklərinə uyğun özəllik daşıyan fərdləri seçib istehsal edirlər ki, bu da süni seleksiya adlanır. Təbiətdə isə süni seleksiya heyvanın ətrafında olan faktorlar və qarşı cinsdən asılıdır. Məsələn, bir heyvan ovçulardan qorunmasını təmin edəcək bir kürk rəngiylə doğulubsa, daha uzun yaşayır və daha çox bala sahibi olur. Əgər uzunmüddətli  flirt, partnerlərinə daha maraqlı gəlirsə və bu minvalla çoxalmasına xidmət edirsə, deməli mutasiya məhz bu istiqamətdə gedir. Oxşar mutasiyalar zaman keçdikcə sözü gedən növdə yayılır və növün görünüşünü dəyişdirir. Yetəri qədər vaxt keçdikdən sonra isə bu prosses yeni bir növün yaranmasına səbəb olur.

3. İnsan təkamülündəki əsas dönüş nöqtələri hansılardır?

İnsan əcdadı təxminən ən tez 7 milyon, ən gec 13 milyon il bundan əvvəl meymunlardan ayrılıb. Dəqiq olaraq əcdadımıza aid olduğu bilinən və dik yeriyən növ australopithecine-lər hesab olunur. (Qədimliyinə görə ən məşhur insan hesab edilən Lusi də bu növə aiddir) Bugünə qədər bizim növə aid ən qədim fosil (təkamül qalığı) bu il tapılmış və 2,8 milyon il əvvələ aid olduğu aşkarlanmışdır. Lakin tapılmış ən qədim daş alətlər isə 3,3 milyon yaşındadır. Yəni bu alətlər ya Lusi kimi australopithecine-lərə aiddir ya da alimlər onları düzəldən qədim insan növlərini hələ də aşkarlaya bilməyiblər. Eynilə australopithecin-lər kimi, Homo erektus və Homo habilis kimi ilk insan növləri də iki ayaq üstündə dura bilirdilər. Əcdadlarımızın odu nə vaxtdan idarə etməyə başladığları haqqında mülahizə və mübahisələr hələ də davam etməkdədir. Fərziyyələr 800 min il ilə 1 milyon 800 min il arasında dəyişir. Bir iddiaya görə yemək bişirməyi kəşf etməyimiz, ətdən daha çox enerji almağımıza və bunun nəticəsində də insan beyninin təkamülünün sürətlənməsinə gətirib çıxarıb. Üstün beyinlər və bacarıqlı əllər isə son 100 min il içərisində baş verən və insanların fərqlənməsinə səbəb olan danışıq dili, incəsənət və kənd təsərrüfatı kimi bəzi inkişaflar üçün əsas şərt olmuşdur.

4. Bütün bu prosses harda baş verib və bu niyə vacibdir?

Tapılmış fosillər (təkamül qalıqları) və genetik faktlar göstərir ki, yaxın dönəmə qədər insanın təkamül prossesi Afrikada davam edib.

Homo növünün isə daha əvvəl Afrikanın cənubunda yoxsa qərbində olması öz müəmmasını hələ də qorumaqdadır. İnsanlığın harda təkamül keçdiyini bilmək vacibdir. Çünki adaptasiya olduğu mühit bugün hal-hazırda bizdə olan quruluşun formalaşmasına səbəb olub. Hardan gəldiyimizi bilməyimiz, harda olduğumuzu anlamağımız baxımından önəmli olaraq qalır. Eyni baxımdan həm fosillərə həm də genetik tapıntılara əsasən ilk müasir insanlar 60 min il əvvəl Afrikadan çıxaraq bütün dünyaya səpələnməyə başlayıb. Genetik faktlara əsasən Afrikadan çıxmış müasir insan həm də Neandertallar və Denisovalarla calağ olub. Bugün Homo Sapiens dünyadakı tək insan növüdür və bu ancaq 30 min ildir ki, belədir.

5. Niyə alimlər meymunla insanı birləşdirən əsas hissəni hələ də tapa bilmirlər?
Çünki elə bir hissə yoxdur. Meymunlar təkamül prossesi keçsə də insan ola bilməyiblər. İnsan və meymun bir əcdaddan gəlmələrinə baxmayaraq fəqli yollara ayrılmışlar. Burada ən vacib sual, “insan və meymunların fərqli yollara ayrılmasına qədər ən son əcdadımız kim olub??” sualıdır. Təəssüflər olsun ki, bu sualın cavabını hələ də tapa bilməmişik.

6. İnsan və meymunların keçdiyi təkamül prossesi sona çatıb?

Qəti olaraq cavablandıraq ki, xeyr. İnsan təkamülü davam etməkdədir. Bioloji olaraq təkamül prossesi min illərlə getdiyi üçün bizim bunu görmə şansımız yoxdur. Lakin, hal-hazırda anatomik quruluşumuzla bərabər sənət və texnologiyamızda təkamülə istiqamət verir. Digər meymun növlərində də təkamül prossesi davam edir, xüsusilə də yaşayış tərzlərinin insanların əlində müəyyən dəyişikliklərə məruz qaldığı bu dövrdə.

Rasim Həmidi