Təkbətək küçə basketbol turniri olacaq

tekbetek-kuce-basketbol-turniri-olacaq
Oxunma sayı: 709


“Qafqazinfo” xəbər verir ki, Azərbaycandakı Milli Red Bull King of the Rock 2014 kvalifikasiyasının qalibi sentyabrın 6-da Tayvanda keçiriləcək final turnirinə ölkəmizi təmsil etməyə gedəcək. Red Bull King of the Rock - bu dəfə istəyən hər kəsə Tayvanda, bağlı Samasana adasında yerləşən baxımsız həbsxanada oynamaq uğrunda mübarizə aparmağa şans verəcək. Çempionatın qalibi Tayvanda təkcə titul deyil, həmçinin mükafat olaraq 11-12 oktyabr tarixlərində Las Vegasa Air Race VIP tur qazanacaq. 

Red Bull King of the Rock Dünya finalında 26 ölkənin nümayəndələri iştirak edəcək: Azərbaycan, Tayvan, Bəhreyn, Küveyt, Livan, Angola, Tunis, Yaponiya, Hong Kong, Gürcüstan, Qazaxıstan, Hindistan, İordaniya, Filippin, Türkiyə, Meksika, ABŞ, İspaniya, İtaliya, Serbiya, Almaniya, Rusiya, Latviya, Litva, Malta, Belarus. 

Meydançada yenidən sadəcə iki rəqibin məğlub olana qədər oynadığı oyunun bu mövsümdəki yeniliyi ondan ibarətdir ki, bu ildən qadınlar üçün də Queen of the Rock - turnirinin açılışı olacaq. 

Red Bull Queen of the Rock Dünya finalında 9 ölkənin nümayəndələri iştirak edəcək: Tayvan, Küveyt, Türkiyə, Rusiya, İspaniya, İordaniya, Bəhreyn, Livan, Hong Kong.