Ümumdünya Səhiyyə Təşkilatının statistikasına əsasən dünyanın 210 ölkəsində 2 726 752 nəfər koronavirusa yoluxub. Onlardan sağalanların sayı 749 mini keçsə də, ölənlərin sayı 200 minə yaxınlaşır.
Azərbaycana nəzər saldıqda görürük ki, virusdan sağalanların sayı aktiv xəstə sayını ötüb.
Belə ki, ölkədə 580 aktiv koronavirus xəstəsi var və onlar xüsusi rejimli xəstəxanalara yerləşdirilib. Xəstələrdən 16-nın vəziyyəti ağır, 25-nin orta ağır, digərlərinin isə stabildir. İndiyə kimi 20 nəfər virus səbəbindən həyatını itirib, 948 nəfər sağalaraq evinə geri dönüb.
ABŞ virusun yayılma sürətinə görə birinci yerdədir. Ölkədə 750 min aktiv xəstə var. İspaniyada yoluxma halı 213 mini keçib. İtaliyada isə xəstəliyə görə ölənlərin sayı 25 mindən çoxdur.
Qonşu Türkiyədə yoluxma sayı artıq 100 mini keçib. İranda koronavirusdan sağalanların sayı aktiv xəstə sayından üç dəfə çoxdur. Ölkədə 64 min sağalmış, 16 min aktiv xəstə var. Ümumilikdə isə indiyə kimi sağalanların sayına görə Almaniya birinci yerdədir: 106 min. Virusun eyni zamanda yayıldığı digər Avropa ölkələri ilə müqayisədə Almaniyada hazırda xeyli az, 40 min aktiv xəstə var.
“Qafqazinfo” qlobal pandemiya adlandırılan koronavirusun hazırda dünyada və ölkəmizdə yayılma sürəti ilə bağlı video hazırlayıb.
Sözügedən videoçarxı təqdim edirik:
Son xəbərlər
Son Xəbərlər