Dünyaca məşhur müğənni Rihanna İngiltərənin ən zəngin məşhurları siyahısına daxil edilib.
“Qafqazinfo” xəbər verir ki, “Sunday Times” tərəfindən aparılan araşdırma Amerikada yaşayan sənətçinin Böyük Britaniyada əldə etdiyi gəlirin miqdarına əsasən tərtib edilib.
Pop ulduz 468 milyon paund sərvəti ilə siyahıda üçüncü olub.
Zirvədə 800 milyon paund gəliri ilə Lord Andrew Lloyd-Webber qərarlaşıb, ikinci yeri Paul McCartney tutub.
Qeyd edək ki, Rihannanın alt paltarı brendinin İngiltərədə bir çox filialı fəaliyyət göstərir.
Son xəbərlər
Son Xəbərlər