“Barselona” klubunun rəhbərliyi komandanın İspaniya Kral Futbol Federasiyası ilə əməkdaşlığa cavabdeh olan klub direktoru Pere Qratakosu işdən çıxarıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb Qratakosun argentinalı ulduz futbolçu Lionel Messi haqqında dedikləri olub.
O, İspaniya Kubokunda “Atletik Bilbao” ilə keçirilən cavab oyunundan sonra jurnalistin sualına “Barselona” növbəti mərhələyə təkcə argentinalının sayəsində keçməyib, qələbə bütün komandanın zəhməti hesabına mümkün olub, belə ki, tərəfdaşsız o belə yaxşı futbolçu ola bilməzdi",-deyə cavab verib.
“Barselona” rəhbərliyi isə Qratakosun klubun mövqeyi ilə üst-üstə düşməyən fikri səsləndirdiyinə görə işdən qovduğunu açıqlayıb.
Son xəbərlər
Son Xəbərlər