Təkər alarkən diqqətli olun... - Video

teker-alarken-diqqetli-olun
Oxunma sayı: 7728

Bakıda bəzi təkər satışı mərkəzlərində uzun müddət anbarda saxlanılan təkərlər satılır. Təkər təzə kimi görünsə də istehsal ili köhnə olduğundan istifadəyə yarasızdır. Mütəxəssislər isə bu halı təhlükəli hesab edir.

Qafqazinfo” xəbər verir ki, “Xəzər Xəbər” mövzu ilə bağlı videomaterial hazırlayıb.

İşlənməyən və rezininin keyfiyyəti itmiş təkər isə yüksək sürət və zərbələr zamanı tez sıradan çıxa, qəzaların baş verməsinə səbəb ola bilər.

Sorğumuz isə göstərir ki, bir çox sürücü təzə təkər alarkən istehsal ilinə fikir vermir.

Bütün təkərlərin üzərində isə istehsal ili mütləq qaydada qeyd edilir.