Təkər partladı, usta öldü

teker-partladi-usta-oldu
Oxunma sayı: 2545

Lənkəranda usta təkərin partlaması nəticəsində vəfat edib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə mayın 3-ü saat 18 radələrində rayonun Şirinsu kəndində baş verib.

Avtomobil təmiri sexində qaynaq ustası işləyən 1981-ci il təvəllüdlü Ağakişiyev Anar Ağamusa oğlu “KamAZ” markalı yük maşınının təkərinin diski üzərində qaynaq işləri aparan zaman təkər partlayıb. Nəticədə A.Ağakişiyev aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Maşının sahibi, 1979-cu il təvəllüdlü Eldəniz şükürov da yaxınlıqda olduğu üçün ağır bədən xəsarətləri alaraq xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. 

Faktla bağlı prokurorluqda araşdırma aparılır.

Murad Əhməd