Qurban Qurbanov AFFA İcraiyyә Komitәsinә yeni üzv seçildikdәn sonra jurnalistlәrin suallarını cavablandırıb.
"Qafqazinfo" xəbər verir ki, Qurbanov bildirib ki, artıq bu gündən daha məsuliyyətli yerdə olduğunu hiss edir:
"Burada futbolumuzun inkişafı üçün müzakirələr olacaq. Bəzi qərarlar alınacaq. Azərbaycan futbolunun inkişafı üçün çalışmalıyıq. İlk görüş çox maraqlı alındı. Hər bir sahədən insanlar var idi. Bu, vacib məsələ idi. Çalışmalıyıq ki, düzgün qərarlar verək. Mən özüm də komitəyə faydalı olmaq istəyirəm"
"Siz ilk dəfədir ki, belə vəzifədə çalışacaqsınız. Bu işi sizə AFFA təklif etdi, yoxsa klub" sualına cavab olaraq deyib ki, klub kimi mütəmadi olaraq AFFA rəhbərliyi ilə görüşlərimiz olur:
"Bu, birdən-birə baş vermədi. Bəzən belə söz-söhbətlər olurdu. Mənə bildirilirdi ki, İcraiyyə Komitəsində olsan faydalı olar. Belə desək, həm AFFA, həm də klubumuz tərəfindən təklif gəlib".
Elsevər
Son xəbərlər
Son Xəbərlər