“Teknofest” Şuşada keçirilə bilər

teknofest-susada-kecirile-biler
Oxunma sayı: 1605

Gələcəkdə “Teknofest Azərbaycan” festivalı Şuşada və işğaldan azad olunan digər ərazilərdə keçirilə bilər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib.

O qeyd edib ki, bu il festival iki müstəvidə keçiriləcək: “Tədbir fiziki olaraq Bakı şəhərində keçiriləcək, virtaul olaraq dünyanın müxtəlif yerlərindən bu yarışmaya qatılmaq olacaq. Gələcək illərdə Qarabağın bütün bölgələrində, o cümlədən Şuşada da keçirilə bilər”.

Türkiyənin “Baykar Makine” şirkətinin texniki direktoru Selçuk Bayraktar da qeyd edib ki, gələcək illərdə festival çərçivəsində bəzi yarışlar Azərbaycanın müxtəlif bölgələrində keçirilə bilər: “Nazirliyin uyğun bildiyi yerlərdə gələcək illərdə yarışlar baş tuta bilər”.

Qeyd edək ki, bu ilin 26 – 29 may tarixlərində ilk dəfə olaraq Azərbaycanda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı keçiriləcək.

Eldar Tanrıverdiyev