Təl-Əvivdə atışma - Ölən və yaralananlar var+Video

tel-evivde-atisma
Oxunma sayı: 3886

İsrailin Təl-Əviv şəhərində atışma olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin mətbuat xidməti bəyanat yayıb:

“Təl-Əviv sahilində terror aktı nəticəsində yeddi nəfər (ikisi ağır) yaralanıb”.

Məlumata görə, naməlum şəxs bir neçə piyadanı vurub, maşından düşüb, bir neçə nəfəri vurmağa cəhd edib, bundan sonra polis əməkdaşı onu zərərsizləşdirib.

Nazirlik hadisəni terror aktı kimi qiymətləndirib.

***

Təl-Əvivdə törədilən terror aktı nəticəsində 1 nəfər ölüb, 6 nəfər yaralanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Kan” radiostansiyası məlumat yayıb.