Teleaparıcının qardaşı faciəvi şəkildə öldü

teleaparicinin-qardasi-facievi-sekilde-oldu
Oxunma sayı: 1467

Bakıda daha bir nəfər dənizdə batıb. 

“Qafqazinfo” lent.az-a istinadən xəbər verir ki, 1988-ci il təvəllüdlü Əzizov Cavid Əziz oğlu Sabunçu rayonu Kürdəxanı qəsəbəsindəki çimərlikdə suda batıb.

Qeyd edək ki, Cavid Əzizov tanınmış teleaparıcı, İTV-nin keçmiş əməkdaşı, Dövlət Bayraq Meydanının keçmiş mətbuat katibi Hüseyn Azərinin qardaşıdır.
 
Faktla bağlı araşdırma aparılır.