Tələbə Hümam dəfn olundu - Yenilənib

telebe-humam-defn-olundu
Oxunma sayı: 7833

Türkiyədə baş vermiş zəlzələdə həlak olan azərbaycanlı tələbə Hümam İsmayıllı ilə Sumqayıt şəhərinin Corat qəsəbəsində vida mərasimi keçirilir.

“Qafqazinfo” xəbər verir ki, vida mərasimində mərhumun ailə üzvləri, ictimaiyyət nümayəndələri, şəhər sakinləri və s. şəxslər iştirak edirlər.

Xatırladaq ki, Türkiyənin Malatya şəhərində fevralın 6-da baş verən zəlzələnin təsirindən uçub dağılan binanın altında qalan azərbaycanlı tələbələrdən 4-nün də meyiti tapılıb. Onların meyitləri uzun axtarışlardan sonra fevralın 14-də dağıntılar altından çıxarılıb. 

***

Mərhum dəfn olunub.

Nizam Rza

Fotolar: Pərvin Zeynal