Tələbə qız kirayə qaldığı evdə qazdan boğuldu

telebe-qiz-kiraye-qaldigi-evde-qazdan-boguldu
Oxunma sayı: 1556


Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə dünən axşam saatlarında şəhərin Adil İsgəndərov küçəsi, ev 6 ünvanında qeydə alınıb. Yevlax rayon sakini, Gəncə Dövlət Universitetinin (GDU) birinci kurs tələbəsi, 1995-ci il təvəllüdlü Süleymanova Aygün Vasif qızı kirayə yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib. Onu dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırsalar da, həyatını xilas etmək mümkün olmayıb.

 Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.