Tələbə qızlar evə buraxıldı

telebe-qizlar-eve-buraxildi
Oxunma sayı: 1267

Qastroenterit (mədə soyuqlaması, sulu ishal, qarın krampları, mədə bulantısı və qusma ilə xarakterizə edilən infeksiya) diaqnozu ilə Kliniki Tibbi Mərkəzə çatdırılan iki tələbə qızın müalicəsi başa çatıb. 

Səhiyyə Nazirliyindən “Qafqazinfo”ya daxil olan məlumata görə, tələbələr bu gün evə buraxılıb.

Xatırladaq ki, bir neçə gün öncə Yasamal rayonu Zahid Xəlilov küçəsi 54 ünvanına təcili tibi yardım çağırılmış və gələn həkim briqadası qastroenterit ehtimalı ilə (mədə soyuqlaması, sulu ishal, qarın krampları, mədə bulantısı və qusma ilə xarakterizə edilən infeksiya) 20 yaşlı iki tələbə qızı Kliniki Tibbi Mərkəzə çatdırmışdı. 

Bakı Dövlət Universitetindən bildirilmişdi ki, xalaqızları olan tələbələrdən biri BDU-da, digəri isə başqa universitetdə təhsil alır.