Tələbə və magistrantların elmi konfransı keçirildi

telebe-ve-magistrantlarin-elmi-konfransi-kecirildi
Oxunma sayı: 1293

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tələbə və magistrantların XXXIX elmi konfransı keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, universitetin elm və texnika işləri üzrə prorektoru, professor Arif Şərifov çıxış edərək ali məktəbin Azərbaycan elmində, habelə elmi nailiyyətlərin qazanılmasında tələbə elmi cəmiyyətlərin rolundan, AzMİU Tələbə Elmi Cəmiyyətinin fəaliyyət göstərdiyi gündən keçən dövr ərzində əldə etdiyi uğurları diqqətə.

 Konfransda məruzə ilə çıxış edən Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının dosenti Asif Kəngərli  “Su və onun möcüzələri” mövzusunda məruzəsində dünya xalqlarının, müdrik dahilərin  suya verdiyi dəyər, suyun kimyəvi və struktur tərkibi, sudan qənaətlə istifadə edilməsi, su mənbələrinin çirklənmədən qorunması, suyun insan həyatına təsir gücü barədə konfrans iştirakçılarına ətraflı məlumat verib.
 
Memarlıq fakültəsinin magistrantı Leyla Xəlilzadə “Körpü memarlığında bədii formanın təkamülü” mövzusunda məruzə ilə çıxış edərək maneələr üzərində keçidi təmin etmək üçün salınan körpülər, bu körpülərin memarlıq quruluşları, müasir körpü memarlığında heykəltaraşlıq nümunələri ətrafında konfras iştirakçılarına məlumat verib. L.Xəlilzadə Roma, Çin,Yaponiya, Avstraliya, Kanada, Amerika və Malayziyada tikilən metal, taxta və digər materiallardan hazırlanan körpülər ətrafında konfrans iştirakçılarını məlumatlandırıb.
Konfrans iki gün davam edəcək, bölmə iclaslarında 500-dən artıq elmi məruzə dinləniləcək.