Tələbələr mübarizə aparacaq

telebeler-mubarize-aparacaq
Oxunma sayı: 1771


Bu barədə "Qafqazinfo"ya Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

"Bizim Sahibkarlıq Fəaliyyətimiz" (Entrepreneurial Action Us - Enactus) beynəlxalq proqramın əsası 1975-ci ildə ABŞ üniversitetləri tərəfindən qoyulub. 2012-ci ilə qədər proqramın adı “Tələbələr azad sahibkarlıq fəaliyyətində (Students in free enterprises –  SİFE)” olmuşdur. 1996-cı ildən etibarən dünyanın bir çox ölkələrində proqram üzrə milli yarışlar keçirilməyə başlanılmış və 2001-ci ilin iyul ayında ilk dəfə Londonda Dünya Kuboku yarışı keçirilib. 2005-ci ildən Azərbaycan “SİFE – Enactus” proqramına qoşulmuş, 2006-cı ildən isə Dünya Kubokları yarışlarında iştirak etmək hüququnu qazanmışdır. Dünya üzrə “Enactus” proqramına 50 yaxın ölkə, 1600-dan çox ali təhsil müəssisəsi və 50000-dən yuxarı tələbə qoşulub.

“Enactus” proqramı üzrə milli yarışların keçirilməsində məqsəd – sahibkarlıq fəaliyyətinə gəncləri təşviq etmək, azad sahibkarlığın ideyasını tələbələr arasında təbliğ etmək, tələbələrin təşkilatçılıq, idarəçilik və komandada işləmək bacarıqlarını inkişaf etdirməkdən ibarətdir. Proqramın sosial əhəmiyyəti – insanların həyat və yaşam standartlarının yaxşılaşdırılması, gənclərin məşğulluğuna dəstəyin göstərilməsi və biznesin gücü vasitəsilə insanların həytlarının müsbətə doğru dəyişdirilməsidir.

“Enactus” proqramı üzrə milli yarışda iştirakçı komandalar liqalara bölünür və qalibiyyət uğrunda mübarizə aparır. İnnovativ yanaşmaya, layihələrin sosial effektinə, ekoloji standartların qorunmasına, biznes etikanın gözlənilməsinə, maliyyə idarəçiliyinə, nitq qabiliyyətinə və digər meyarlara əsasən qalib komanda müəyyən edilir. Qeyd etmək lazımdır ki, “Enactus” proqramı üzrə yarış biznes və təhsil sahəsində işgüzar danışıqların aparılması məqsədilə gənclər üçün yaradılmış platformadır.