"Qafqazinfo" xəbər verir ki, iki təcrübə proqramı çərçivəsində “Neft Daşları” NQÇİ-nin rəisi Qoçalı Mahmudov və idarənin digər əməkdaşları tələbələrlə görüşərək onlar üçün yaradılmış təcrübə şəraitindən danışıb və onlara müvafiq təlimatlar veriblər.
Proqramın şərtlərinə əsasən idarənin mühəndisləri tərəfindən təcrübə keçən 2-ci kurs tələbələri üçün “Neft Daşları” NQÇİ-də qazma,neft çıxarma texnikası və müasir hasilat texnologiyası ilə əyani tanışlıq təşkil olunur. Ali Məktəbin 3-cü kurs tələbələri isə istehsalat təcrübələrini Azərbaycanın ən böyük platformalarından biri olan “Neft Daşları”NQÇİ-nin 1887 saylı Neft və qazçıxarma üzrə stasionar dəniz özülündə keçirlər. Təcrübənin yekununda tələbəyə işlədiyi vaxta və vəzifəsinə müvafiq olaraq əmək haqqı ödənilir. Beləliklə, “Neft Daşları” NQÇİ-də təcrübə keçən tələbə işçi kimi fəaliyyət göstərərək artıq 1-2 ay müddətində staj qazanmış mütəxəssisə çevrilir.
Qeyd edək ki, təcrübə müddətində BANM tələbələri “Neft Daşları” NQÇİ-nin yataqxanasında onlar üçün ayrılmış otaqlarda qalırlar. Tələbələr 8-9 saatlıq iş vaxtından sonra və istirahət günləri asudə vaxtlarını voleybol, futbol meydançalarında və qapalı idman zallarında, stolüstü tennis, bilyard və digər oyunlar oynamaqla keçirirlər.
Son xəbərlər
Son Xəbərlər