Tələbələrə şad xəbər- - 100 AZN təqaüd

telebelere-sad-xeber-
Oxunma sayı: 2304


“Qafqazinfo” nazirliyin saytına istinadən xəbər verir ki, müəllim ixtisasına yiyələnmək istəyənlərin sayı ildən-ilə azaldığından Təhsil Nazirliyi qərar qəbul edib. 

500-dən çox bal toplayanlara və müəllim ixtisasını 1-ci və 2-ci göstərən ilk 300 tələbəyə I kursdan başlayaraq hər ay 100 AZN təqaüd veriləcək.

Bu qədər bal toplayan abituriyentlərin sayı 600-dən çox olsa da, onların arasından daha çox bal toplayanlar seçilib.

Nazirliyin bu addımı müəllim peşəsinə marağın artmasına hesablanıb.