Tələbələrimiz zəlzələ zonasından Naxçıvana yola salındı

telebelerimiz-zelzele-zonasindan-naxcivana-yola-salindi
Oxunma sayı: 2594

Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyədəki azərbaycanlı tələbələr zəlzələ zonasından təxliyyə edilir.

“Qafqazinfo” bildirir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyinin Tvitter səhifəsində məlumat verilib. 

“Elazığdan tələbələrimizi daşıyan ilk avtobus Naxçıvana doğru yola çıxıb”, - deyə qeyd olunub.

Qeyd edək ki, ötən gün Türkiyənin Elazığ rayonunun Sivricə əyalətində 6.8 bal gücündə zəlzələ baş verib. Zəlzələ yerli vaxtla saat 20:55-də qeydə alınıb. Təbii fəlakət nəticəsində 20-dən çox insan həlak olub, 1500-ə yaxın şəxs yaralanıb.