Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetində tələbələrin təhsil borclarının açıq şəkildə yayılmasına görə məsuliyyət daşıyan şəxslər cəzalandırılıb.
Bu barədə “Qafqazinfo”ya universitetin Mətbuat xidmətinin rəhbəri Şəhanə Müşfiq məlumat verib. O bildirib ki, sözügedən dekanlıqdaxili sənəd vatsap qrupları vasitəsilə yayılıb: “Dekanlığın tütoru özbaşına olaraq imtahanöncəsi tələbələri məlumatlandırmaq məqsədilə onların ümumi vatsap qruplarına atıb. Əslində tütor çox böyük səhv edib. Rəhbərlik onun bu addımına qarşıdır.
Həmçinin oxuyun: Universitet təhsil haqqını ödəyə bilməyən tələbələrin siyahısını yayır?
Həmin siyahı da məhz oradan yayılıb. Hansısa tələbənin divardan çəkib siyahını yayması məsələsi yoxdur. Çünki belə bir siyahı ümumiyyətlə divardan asılmayıb. Biz açıqlamamızda da bunu bildirmişdik. Məlumat yayılan kimi rəhbərlik operativ şəkildə həmin günün səhəri məsələni aydınlaşdırdı. Rəhbərlik tərəfindən tütora və dekana təqdimat yazıldı və onlar şiddətlə töhmətlə cəzalandırılıb”.
Qeyd edək ki, sözügedən siyahı bir neçə gündür ki, sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, təhsil borcları olan şəxslərin adının açıq şəkildə nümayişi şəxsiyyətin alçaldılması kimi qiymətləndirilir. Fotosu paylaşılan kağız vərəqdə tələbələrin adları ixtisasları üzrə qeyd edilmişdi.
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər