Tələbələrin qəbul planı haqda yeni qərar

telebelerin-qebul-plani-haqda-yeni-qerar
Oxunma sayı: 737

Baş nazir Artur Rasizadə “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarında dəyişiklikləri təsdiq edib.

“Qafqazinfo” xəbər verir ki, qərara 3 nömrəli əlavə - “Azərbaycan Respublikasında ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və magistratura, tibb təhsili üzrə əsas təhsil və rezidentura səviyyələrində kadr hazırlığının maliyyə- ləşdirilməsi Qaydaları”nın 4.2-ci bəndi aşağıdakı redaksiyada verilib.

 “4.2. Azərbaycan Respublikasının Nazirlər Kabineti dövlət sifarişinə uyğun olaraq, aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarının təqdim etdikləri təkliflər əsasında ayrı-ayrı ixtisaslar üzrə ali təhsil müəssisələrinin bakalavriat və magistratura, tibb təhsili üzrə əsas təhsil və rezidentura səviyyələrinə hər tədris ili üzrə tələbə qəbulunun planını həmin il aprelin 1-dək müəyyən edir.”