Tələbəsi Cabbar Musayevi təhqirə görə məhkəməyə verdi

telebesi-cabbar-musayevi-tehqire-gore-mehkemeye-verdi
Oxunma sayı: 13306

Müğənni Dəniz Əsədova həmkarı və müəllimi Cabbar Musayevi məhkəməyə verib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, qadın ifaçı tanınmış müğənnini onun şəxsiyyətini alçatmaqda ittiham edib.

İttihama görə, Cabbar Musayev sosial şəbəkələrdə saxta hesab açaraq D.Əsədovanı və ailəsini təhqir edib.

Həmçinin oxuyun: FHN-də rəis köməkçisi qanunsuz yolla qaynanasının 260 minlik torpağını satıb - Notarius saxta sənəd verib

Məhkəmənin hazırlıq iclası yanvarın 24-nə təyin olunub. Binəqədi rayon Məhkəməsində keçiriləcək prosesə hakim Mahirə Kərimova sədrlik edəcək.

Emin Səfərov