Telefon dirəyindən yıxıldı

telefon-direyinden-yixildi
Oxunma sayı: 3026

Telekommunikasiya Qovşağının əməkdaşı telefon dirəyindən yıxılaraq ağır xəsarət alıb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Qax rayonunun  Ağyazı kəndində baş verib.

Sözügedən kəndin sakini, 1994-cü il təvəllüdlü Mahmudov Telman Məhəmməd oğlu telefon dirəyində təmir işləri aparan zaman yıxılıb.

Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan Telman Mahmudov Qax Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov