Telefon oğurlayan Allahqulu saxlanıldı

telefon-ogurlayan-allahqulu-saxlanildi
Oxunma sayı: 1043


“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 21-də Kamran Mehrəliyə məxsus mobil telefonu oğurlayan Masallı rayon sakini Allahqulu Mehdiyev tutulub. Ondan 1,946 qram tiryək götürülüb. 

Yanvarın 4-də Aysel Gəraybəyliyə məxsus mobil telefonu oğurlayan Bakı şəhər sakini Vüsal Dadaşov da Nəsimi rayon polis idarəsi əməkdaşları tərəfindən tutulub. 

Murad Əhməd