Dünyaca məşhur müğənni Madonna “Vogue” jurnalına uşaqları barədə maraqlı açıqlamalar verib. “Qafqazinfo” xəbər verir ki, o, uşaqlarına 13 yaşından etibarən telefondan istifadəyə icazə verdiyini, buna görə peşman olduğunu qeyd edib:
“Onlara icazə verməklə böyük səhv etdim. Telefon uşaqlarımla münasibətimi bitirdi. Telefon onların həyatlarının bir parçası oldu. Virtual aləmdə boğuldular, özlərini başqaları ilə müqayisə etməyə başladılar. Bu, onların inkişafı üçün çox pis bir haldır”.
Altı uşaq anası olan Madonna təkcə övladlığa götürdüyü oğlu Davidin virtual aləmdən uzaq olduğunu, daha çox ona bənzədiyini qeyd edib.



Son xəbərlər
Son Xəbərlər