Telefonda iki il pulsuz danışmaq olar

telefonda-iki-il-pulsuz-danismaq-olar
Oxunma sayı: 1142

Bütün günü telefon əlimizdən yerə düşmür. Danışırıq, mesajlaşırıq, çatlaşırıq,  whatsapp və facebook-da oluruq. Bunların heç biri isə havayı deyil. Telefonu almağa da, işlətməyə də pul lazımdır. Özü də az pul deyil. Bir də görürsən, telefona ayda nə qədər pul xərcləndiyini hesablayanda, adamın nitqi  quruyur.  

“Qafqazinfo”nun məlmatına görə, yaxşı xəbər var - telefonu havayı işlətmək də olarmış. Daha doğrusu, düz iki il ərzində başqalarının hesabına danışmaq mümkündür. Kimsə öz telefonuna pul yükləyir, həmin məbləğdə pul sənin də hesabına oturur. Nə sən, nə də həmin şəxs əlavə heç nə ödəmir. Adamın inanmağı gəlmir, amma doğrudan da bizdə “Dostunu “Nar”-a gətir” adlı belə bir kampaniya var imiş. 

Kampaniyanın məğzi ondan ibarətdir ki, “Nar” nömrə işlədən istənilən abunəçi digər dost-tanışına da bu operatoru məsləhət görsə, bundan özü də qazanacaq. Qazanmaq deyəndə, təbii, nağd pul yox, məhz telefonda danışıq və SMS-lər üçün “mobil pul” nəzərdə tutulur. Mexanizm belədir ki, sənin məsləhətinlə “Nar”-ı seçən yeni abunəçi hər ay balansını nə qədər artırarsa, sənin də telefonuna o qədər “mobil pul” oturur. Bunun üçün dostundan əlavə heç nə çıxmır, o, sadəcə öz balansını artırır. 

Bu kampaniyaya qoşulmağın qaydaları və şərtləri var. Hər yeni abunəçi “Nar”-ı ona tövsiyə etmiş şəxsin nömrəsini xüsusi  7774 qısa nömrəsinə mesajla göndərir. Sonra da hər iki nömrə kampaniyaya qoşulur. Vəssalam, bundan sonra 5 ay telefonda pul dərdi çəkməmək olar. Çünki yeni abunəçi düz 5 ay ərzində hər dəfə öz balansını artıranda, “Nar”-ı ona tövsiyə etmiş dostu da öz nömrəsinin balansına eyni məbləğdə pul qazanır. Özü də ilk dəfə qazanc lap artıq olur. Belə ki, kampaniya şərtlərinə əsasən, yeni abunəçi balansını ilk dəfə artıranda, həmin məbləğ qədər də əlavə bonus qazanır. Yenə də həmin qədər bonus sənin də telefonuna gəlir. Yəni, ilk dəfə yüklənən məbləğin ikiqat artığı telefona oturur. Bu bonus 150 gün müddətində istifadə edilə bilər.

Düzdü, ola bilər ki, dostun öz telefonunda sənə lazım olandan az işlədir. Axı belə qənaətcil abunəçilər də olur. Amma kampaniyanın başqa xoş tərəfi də var: tutaq ki, sən bir nəfəri yox, bir neçə nəfəri “Nar”-a gətirdin. Belə olanda, qazancın miqdarı daha da artır. Dostlarından hər biri balansına pul qoyanda, sənin də balansında o qədər pul oturur. 

İşin əmması ondadır ki, maksimum 5 nəfərdən qazanmaq olar. Və hərəsindən də beş ay. Amma bu da problem deyil. Əgər işini ağıllı tutsan, nə az, nə çox, düz iki il havayı danışmaq olar. Çünki dostların hamısı eyni vaxtda yox, ardıcıl olaraq “Nar”-a qoşulsa, fasiləsiz olaraq iki il (5 dostun hərəsindən 5 ay) mobil pul əldə etmək olar. 

Bəs dostumuz? Onun hesabına biz qazandıq, bəs özü? Yaxşısı odur ki, bizə bu qədər yaxşılıq eləyən dostun özü də qazancsız qalmır. Çünki onun özü də eyni kampaniyaya qoşularaq digər yaxınlarını “Nar”-a cəlb edə bilər. Belə ki, “Dostunu “Nar”-a gətir” kampaniyasında həm yeni abunəçilər, həm də 90 gündən az olmayaraq şəbəkədə aktiv olmuş cari abunəçilər iştirak edə bilərlər. Amma yadda saxlamaq lazımdır ki, işi uzatmağına dəyməz, əgər dostun sənin tövsiyənlə “Nar” işlətməyə başlayıbsa və bu kampaniyaya qoşulmaq istəyirsə, onda gərək nömrəni aldıqdan sonrakı  5 gün ərzində özünün də, dostunun da nömrəsini SMS-lə 7774-ə göndərsin. 
  
Heyf ki, bu məbləğ ancaq şəbəkədaxili zənglər və SMS-lər üçün istifadə edilə bilər, mobil puldan internet paketi alınmasına xərcləmək, digər  ödənişli xidmətlər üçün istifadə edilə bilməz. Amma pulsuz danışmağın özü də böyük qazancdır. Həm də nəzərə alaq ki, abunəçi yenidirsə, deməli təzəhəvəsdir və balansında həmişə pul olacaq.  

Onu da deyək ki, indi Azərbaycanda ayrı heç bir operatora buna oxşayan kampaniya, ayrı belə  bir təklif yoxdur. Ona görə də illərnən “Nar” nömrəsi işlədən hər kəsə bu fürsətdən yararlanmaq məsləhətdir. 

Nigar