Telefonu əlindən alınan qız özünü Kürə atdı

telefonu-elinden-alinan-qiz-ozunu-kure-atdi
Oxunma sayı: 6807

Mingəçevirdə yeniyetmə intihara cəhd edib.

“Qafqazinfo”nun məlumatına görə, şəhər sakini, 2007-ci il təvəllüdlü Nuray Sayadova özünü Kür çayına ataraq intihar etmək istəyib.

N.Sayadova çayda balıq ovlayan şəhər sakini Elgin Əlicanov tərəfindən xilas edilərək sahilə çıxarılıb.

İlkin məlumata görə, yeniyetmənin intihara cəhd etməsinə ailə üzvlərinin mobil telefonunu əlindən alması səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Tural Hüseynli