“Telegram” messenceri təhlükəsizliklə bağlı yeni qərar qəbul edib.
“Qafqazinfo” xəbər verir ki, bundan sonra proqram istifadəçinin şəxsi məlumatlarını xüsusi xidmət orqanlarına ötürəcək. Bu barədə tətbiqin məxfilik siyasəti haqqında sənədlərində qeyd edilib. Bildirilir ki, terrorçuluqda şübhəli bilinən şəxsin kimliyini müəyyən etmək üçün xüsusi xidmət orqanları məhkəmə qərarı təqdim etdikdən sonra proqram həmin şəxsin İP ünvanı və telefon nömrəsini təqdim edəcək.
Qeyd olunur ki, hələlik belə hal yaşanmayıb. Bundan əlavə, “Telegram” bu cür yenilikləri hər yarım ildən bir öz hesabatında dərc edəcək.
Aysel Kərimova
Son xəbərlər
Son Xəbərlər