Telekanal xəbərdarlıq etdi

telekanal-xeberdarliq-etdi
Oxunma sayı: 638

“Qafqazinfo” xəbər verir ki, buna səbəb Topaz Premyer Liqasının oyunlarının digər kanallarda və elektron informasiya vasitələrində yayımlanmasıdır.

İdman Azərbaycan” bu oyunların yayım hüququnun yalnız AZTV və özlərində olduğunu xatırladaraq, digər kanalların matçı yayımlamasını müəllif hüququnun pozulması adlandırıb. Bildirişdə qeyd olunub: “Bəzi informasiya vasitələrində AzTV-dən köçürülmüş və sürəti çıxarılmış videotəsvirlərdən istifadə halları qeydə alınır. Bütün bunlar qanunvericiliyə zidd xarakter daşıyır. AZTV və İdman Azərbaycan kanallarıın videomateriallarından hər hansı bir şəkildə, hətta loqotip nişanı ilə istifadəsi və efirə verilməsi yolverilməzdir. AZTV gələcəkdə belə halların təkrarlanacağı təqdirdə müvafiq tədbirlər görmək hüququndan istifadə edəcək.

Xatırladaq ki, Topaz Premyer Liqasına aid bütün videomateriallardan istifadə etmək məsələsi yalnız AZTV-yə müraciət etməklə razılaşdırıla bilər”.