Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev müğənni Aslan Hüseynovun şikayət məktubuna reaksiya verib.
İfaçı “Qafqazinfo”ya açıqlamasında bildirib ki, telekanallarda ona qoyulan qadağayla bağlı nazirliyə yenidən çağırılıb:
“Qeyd etdilər ki, kanallara onlar heç bir təsir göstərə bilməyəcək, hadisədən dəhşətə gəliblər. Nazir müavini məni qəbul etdi . Dedi ki, cənab nazir sizin məktubunuzu görüb. Nazir məktubuma “mütləq araşdırılsın” yazıb. Bildirdilər ki, özəl kanallara heç qarışa bilmirik. Əgər bu mümkün olsaydı, bir çox TV-ni səliqəyə salardılar.Təki Allahın “zapreti”nə düşməyim... İnşallah, məni “zapret”ə salanlar Allahın “zapret”nə düşər. Elə də olacaq”.
Aslan Hüseynov Azərbaycanı tərk etməyəcəyini də açıqlayıb:
“Türkiyəyə köçmək barədə hələ də düşünürəm, getmək istəyirdim. Sadəcə olaraq Daxili İşlər Nazirliyinin solistiyəm. Rəhbərləri məni çağırıb dedi ki, nə badə ölkədən getmək istəyəsiz. Hər kəsin öz vaxtı var, hər şey yaxşı olacaq. TV-lər sizi göstərmir deyə ölkədən getmək olar? Bundan başqa bir çox böyük sənətkarlarla görüşdüm. Onlar da dedilər ki, ağılsız adamsan, ölkədən getməklə düşmənlərini sevindirirsən”.
Qeyd edək ki, sənətçi “Qafqazinfo”ya müsahibəsində AzTV-nin rəhbərinə öz fikrimi bildirdiyinə görə, “zapret”ə düşdüyünü bildirmiş, ölkədən gedəcəyini söyləmişdi.
Son xəbərlər
Son Xəbərlər